Ulu Öndərin xatirəsi anıldı

   12 dekabr  məktəb-liseydə  Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.Əvvəlcə 1a,1d , 4 a sinif şagirdləri Ulu Öndərin büstü önünə qərənfillər qoydular və onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər tərəfindən şeirlər, mahnılar səsləndi. Heydər Əliyevin həyatı haqqında sənədli film nümayiş etdirildi.                                                                            .                     

    "Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib". Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində  Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan  dahi lider idi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi