Sağlam həyat

  Məktəb-liseydə mütəmadi olaraq ” Sağlam həyat “devizi  altında bir sıra tədbirlər  keçirilir. Məktəbimizin Fəaliyyət planına əsasən Şəkərli diabet xəstəliyi haqqında şagirdlər arasında proflaktik xarakterli tədbirlər, maarifləndirici söhbətlər aparılır, slaydlar nümayiş etdirilir.

  Məktəbimizin həkimi, tibb bacısı şagirdləri diabet xəstəliyinin əlamətləri haqqında, vaxtında aşkara çıxarılıb müalicə olunmadıqda xəstəliyin törətdiyi fəsadlar barəsində də məlumatlandırırlar.

  Daha sonra biologiya, həyat bilgisi dərslərində də vaxtaşırı bu xəstəliklə bağlı söhbətlər aparılır, pəhrizin saxlanılması, düzgün qidalanma, dərmanların vaxtında qəbul edilməsi bu xəstəlikdən qorunmağa və stabilləşməyə səbəb olur.

   Hər bir kəsə sağlam həyat yaşamağı arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi