Mən hüquqlarımı necə başa düşürəm
Noyabrın 21-də məktəb-liseyin Uşaq Birliyi Təşkilatı Rəhbəri İmanova Bəsti “Uşaq Hüquqları aylığı” çərçivəsində uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə işinə həsr olunmuş VI sinif şagirdləri arasında “Mən hüquqlarımı necə başa düşürəm” mövzusunda dəyirmi masa keçirdi. Uşaq Birliyi Təşkilatı Rəhbəri şagirdlərə uşaq hüquqları konvensiyasının yaranması haqqında məlumat verdi və hər bir şagirdə hüququnu bilməyinin vacibliyini vurğuladı. Şagirdlər hüquqları haqqında sərbəst fikirlərini bildirdilər.