Heydər Əliyev Mərkəzinə ekskursiya

 

   Noyabrın 16-da məktəb-liseyin 8-ci olimpiada sinif şagirdləri Heydər Əliyev Mərkəzində ekskursiyada oldular. Şagirdlər müasir Bakının rəmzlərindən biri hesab edilən Mərkəzdə Ümummili lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlərə, eləcədə müxtəlif eksponatlara tamaşa etdilər. Mərkəzdə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə dair məlumatlar ən son texnoloji yeniliklərdən istifadə edilməklə interaktiv formada təqdim olunur. Şagirdlər sinif rəhbəri Ülviyyə Eyvazova ilə birlikdə bu ekskursiyada nümayiş etdirilən “Azərbaycan inciləri" sərgisi ilə tanış oldular. Onlar sərgi vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan ölkəmiz haqqında maraqlı məlumatlar əldə etdilər. Sərgidə nümayiş etdirilən  qayaüstü rəsmlər, müxtəlif dövrlərə aid arxeoloji tapıntılar milli geyim və etnoqrafik məlumatlar məktəblilərdə xoş təəssürat  oyatdı.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi