Dirçəliş oyanışdı

   Noyabrın 17-də məktəb-liseyin akt zalında Milli Dirçəliş günü ilə əlaqədar olaraq “Dirçəliş oyanışdı” adlı tədbir keçirildi. Tədbir şagirdlərin ifasında “Biz iki dövlət bir millətik” mahnısının sədaları ilə başlandı. Sonra məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Şükürova Gülnarə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verdi. Tədbirdə Dirçəliş Gününü əks etdirən “Torpaqdan pay olmaz!” səhnəciyi nümayiş olundu. Şagirdlər müstəqillik və vətənpərvərlik mövzularında şeirlər söyləyib, mahnılar oxuyub, bayrağımızı əks etdirən geyimlərdə rəqslər etdilər. Tədbirin sonunda  məktəb-liseyin direktoru, şair-publisist Şəmsi Qocayevin  “Azərbaycan bayrağına” adlı şeiri səsləndi və videoçarx nümayiş olundu. Sonda söz Şəmsi Qocayevə verildi. Şəmsi müəllim Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs etdi və sonda “Yaşa Azərbaycan” adlı musiqi ilə tədbir yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi