Düşünülmüş peşə seçimi gələcək uğurumuzun zəminidir
Qaradağ Rayon Məşğulluq Mərkəzinin məsul işçiləri məktəbimizdə “Düşünülmüş peşə seçimi gələcək uğurumuzun zəminidir” mövzusunda VIII və IX sinif şagirdləri ilə gənclərin peşəyönümlü tərbiyəsinin təşkili barədə maarifləndirici söhbət apardılar. Psixoloq Samirə Məmmədova şagirdin peşə seçimində məktəb müəlliminin, valideynin, məktəb psixoloqunun böyuk rolu olduğunu vurğuladi.