Şanlı bayrağım - 100 il

   Noyabrın 8-də məktəb-liseyin  akt zalında 3 c sinfinin rəhbəri Elnarə Quliyeva  “Şanlı bayrağım-100 il” adlı tədbir keçirdi. Tədbir  Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Öncə söz məktəb-liseyin direktoru Şəmsi Qocayevə verildi. Şəmsi müəllim bayraq günümüzün tarixi, bu günümüzə qədər necə şanlı yollar keçməsi, bayrağımızın əhəmiyyətindən danışdı. Şagirdlər bayrağın müqəddəsliyindən, onun rəmzlərinin hansı məna kəsb etdiyini şeir və səhnəciklərdə əks etdirdilər. Tədbirdə səslənən şeirlər, musiqilər və rəqslər tədbiri yadda qalan etdi. Sonda Elnarə müəllim Şəmsi müəllimin yazdığı “Azərbaycan bayrağına”  şeirini səsləndirməsi ilə  tədbir daha da canlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi