LAYİHƏNİN UĞURLU DAVAMI

    Məktəb-lisey yeni dərs ilinin əvvəlindən  “Azərbaycanda seçilmiş məktəblərdə Su-sanitariya və gigiyenik təhsilin təkmilləşdirilməsi”  layihəsinə qoşulan 30 ümumtəhsil məktəbindən biridir. Layihənin icrası  gedişində “Su-sanitariya və Gigiyena klubu” yaradılmış, faəliyyət planı təsdiq edilmişdir. IV və VII siniflərdə təşkilat saatlarında proqram materialları öyrədilir, şagirdlərin sanitariya və gigiyena normalarına əməl etməsi üçün ciddi maarifləndirmə işləri aparılır.

   Layihə çərçivəsində görülən işlərdən biri də şagirdlərin təmiz  su içməsinin təşkilidir.

   Layihəni yüksək dəyərləndirən məktəb-liseyin direktoru Şəmsi Qocayevin təşəbbüsü və birbaşa yardımı ilə bu gün Qazax rayonunun Aslanbəyli kəndindən gətirilmiş biri 20, digəri 27 litr su tutan su daşları şagirdlərin istifadəsinə verildi. Xüsusi qrafinlər, birdəfəlik stəkanlar  şagirdlərin krandan və digər mənbələrdən su içməməsinə, sanitar normalara əməl edilməsinə yönəlmişdir. Şəmsi müəllimin təşəbbüsü şagirdlər və valideynlər tərəfindən razılıqla qarşılanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi