Ümumdünya Əlyuma Günü

   Ümumdünya Əlyuma Günü münasibətilə məktəb-liseyin Su-Sanitariya və Gigiyena klub üzvlərinin iştirakı ilə 5 c sinfində Açıq dərs keçirildi. Klub üzvləri Nihad Qarayev və Gülzadə Mahmudova dərsə öz çıxışları ilə başladılar. Onlar öz çıxışlarında “Ümumdünya Əlyuma Günü”nün yaranma tarixindən və əhəmiyyətindən bəhs etdilər. Çıxışdan sonra klub üzvlərinin hazlırladıqları kiçik səhnəcik nümayiş etdirildi. Səhnəcik vasitəsilə şagirdlərə yeməkdən əvvəl əllərin yuyulmasının vacibliyindən bəhs olundu. Sonra klub üzvü olan Ayan Hacıquluzadə öz çıxışında çirkli əllər vasitəsilə yayılan xəstəliklər haqqında məlumat verdi. VIII ç sinif şagirdi Leyla Osmanova öz şeiri vasitəsilə suyun əhəmiyyətini önə çəkdi. Şagirdlərin hazırladıqları əl maketləri vasitəsilə çirkli əllər ilə təmiz əllərin fərqi göstərildi. Şagirdlərin hazırladıqları kiçik su çəni maketi səhnəcik zamanı istifadə olundu. Sonra klub üzvləri və şagirdlər məktəbin həyətində yerləşən Faiq Bulağının ətrafında toplandılar. Klub üzvləri şagirdlərə əllərin sabunla yuyulma qaydasını əyani şəkildə izah etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi