Təhlükəsiz həyat

    Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin təşəbbüsü ilə məktəbimizdə “Təhlükəsiz həyat” adlı tədbir keçirildi. Tədbirdə məktəb-liseyin direktoru Şəmsi Qocayev, bir neçə müəllim və VII sinif şagirdləri iştirak edirdilər. Fövqaladə Hallar Nazirliyinin əməkdaşları şagirdlərə məişətdə ən çox rast gəlinən haisələrdən biri məhz qaz cihazlarından törənən yanğınlar, partlayışlar zamanı baş verə biləcək  təhlükələrdən danışdı. Bu zaman nə etməli, yanğın söndürmə briqadalarını çağırmalı olduqlarını söylədi. Bundan əlavə şagirdlərin marağına səbəb olan yanğınsöndürmə maşınındakı cihazların nə üçün olduqları suallarına cavab verildi. Şagirdlərə qaz cihazı olan otaqda nəfəsliyi açıq saxlayın, işlək qaz cihazını nəzarətsiz qoymayın, qaz cihazının üzərində dəsmal və geyim qurutmayın, qaz cihazını işlək vəziyyətdə qoyub yatmatyın və sair kimi tapşırıqlar verildi. Bunlara əməl etsək, “Təhlükəsiz yaşayarıq” deyə söylənildi. Sonda Şəmsi müəllim bu kimi tədbirlərin həyata keçirilməsinin məqsədə uyğun olduğunu söylədi və bunun üçün Fövqaladə Hallar Nazirliyinə təşəkkürünü bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi