Cumhuriyyət qürurumuzdur

  Sentyabrın 17-də məktəb-liseyin akt zalında “Cumhuriyyət qürurumuzdur” adlı tədbir keçirildi. Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nailə Əsgər X və XI siniflərlə görüş keçirdi. Nailə xanım Azərbaycan Xalq Cumhuriyyətinin qısa müddətdə mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cumhuriyyəti dövlətimizin möhkəmlənməsi, beynəlxalq əlaqələrin qurulması və digər sahələrdə mühüm addımlar atdığını, ölkəmizin günü-gündən çiçəkləndiyini vurğuladı. Sonda şagirdlərə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması ilə bağlı videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi