100 yaşın mübarək Azərbaycan Cumhuriyyəti!

   Mayın 24-də Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə məktəb-liseyin akt zalında  “100 yaşın mübarək Azərbaycan Cumhuriyyəti!” adlı tədbir keçirildi. Tədbiri Könül Hüseynova və İlhamə Mehdiyevanın təşkilatçılığı ilə 9 a və 9 b sinif şagirdləri hazırladılar. Tədbir Cumhuriyətin ilk himni ilə başlandı, sonra Məmməd Əmin Rəsulzadənin səsi dinlənildi. Azərbaycan Respublikasının bayrağı xüsusi kompazisiya ilə səhnəyə gətirildi. IV sinif şagirdlərinin ifasında bayraqlarla xüsusi rəqs nümayiş etdirildi. IX sinifin ifasında isə “Cəngi” sədaları altında döyüş səhnəsini xatırladan çox gözəl rəqs nümayiş etdirildi. Rəqsdə “Sarı gəlin” və Bayraq paltarı geyinmiş qızların ifası rəqsə xüsusi gözəllik verirdi. “Çırpınırdı Qara dəniz” mahnısı hamı tərəfindən xorla ifa edildi. Bütöv Azərbaycan və parçalanmış Azərbaycan, xanlıqların müraciəti tədbirdə xüsusi olaraq qeyd edildi. Slayd vasitəsilə 1918-ci ildən bəri Azərbaycanın keçdiyi inkişaf yolları və Müasir Azərbaycan, çiçəklənən Azərbaycan, artıq dünya dövlətləri içərisində imzası olan Azərbaycan nümayiş etdirildi. Sonda “Qaranquş və qarğa” hekayəsi danışıldı və qaranquşun meşədə baş verən yanğını söndürməyə cəhd etməsinə qarğanın gülməyi və qaranquşun cavabı səsləndirildi. Hekayəni belə bitirdik: “Gəlin düşünək ki, 100 yaşı tamam olan dövlətimiz yanğın yeridir. Hamı qaranquş olub bu yanğının söndürülməsinə kömək etsin, qarğa olub kənardan baxıb gülməsin ! ”. Tədbir “Qalx, qalx, ulu, torpaq" mahnısı ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi