Vətənim-Azərbaycan

   Mayın 17-də məktəb-liseydə AXC-nin 100 illiyinə həsr olunmuş “Vətənim-Azərbaycan” adlı şagirdlərin əl işlərindən  və yaradıcılıqlarından ibarət konsert və baxış sərgi keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorundan Bəhruz İmanov, Qaradağ Rayon İcra Hakimiyyətinin  ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Munis Bayramov, Lök-batan qəsəbəsindəki məktəb direktorları, məktəb-liseyin müəllim, şagird kollektivi və valideynlər iştirak edirdi. Öncə gələn qonaqlar ibtidai siniflərin əl işlərindən ibarət sərgiyə baxış keçirdilər. Sonra Cabbar Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında musiqi nömrələri nümayiş olundu. Sonda AXC-yə həsr olunmuş ən gözəl əl işləri qiymətləndirildi və həmin şagirdlər diplomlarla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi