Psixoloqla söhbət
Məktəb-liseyin psixoloqu Nuranə Səmədova 4 b sinfində temperament tipləri ilə bağlı psixoloji seminar apardı. Seminarda temperament tipləri ilə bağlı video-çarx nümayiş olundu və psixoloq tərəfindən temperament tipləri haqqında geniş məlumat verildi. Seminarın keçirilməsində əsas məqsəd şagirdlərdə sosial-psixoloji bilikləri formalaşdırmaq,temperament anlayışını möhkəmləndirmək,şagirdlərin temperament tiplərini müəyyən etməkdən ibarət idi.