6-cı sinif şagirdləri arasında breyn rinq yarışı təşkil olunub

      Məktəb-liseydə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması münasibətilə 6-cı sinif şagirdləri arasında breyn rinq yarışı təşkil olunub. Maarifləndirici xarakter daşıyan bu yarışın məqsədi şagirdlərdə hüquqi biliklərin artırılması, komanda ruhunun gücləndirilməsi və vətənpərvərlik dəyərlərinin təbliğidir. Yarışda hər komandada 7 nəfər olmaqla ümumilikdə 6 komanda iştirak edib. Komandalar mərhələli şəkildə bir-biri ilə yarışaraq Azərbaycan Respublikasının Konstitusiyası, suverenlik anlayışı və vətəndaş hüquqları mövzularında biliklərini nümayiş etdiriblər. Yarışın təşkilatçılığında tarix müəllimi Kamilə Qəhrəmanova və coğrafiya müəllimi Zöhrab Ağayev fəal iştirak ediblər. Onların rəhbərliyi ilə təşkil olunan bu tədbir həm intellektual, həm də tərbiyəvi baxımdan şagirdlər üçün əhəmiyyətli olub. Yarışın sonunda qalib adını “Coğrafiyanın görkəmi” (6E) komandası qazanıb. Onları yalnız 1 balla geridə qalan “Everest” (6D) komandası izləyib. Qaliblər və fərqlənən iştirakçılar məktəb rəhbərliyi tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi