7-ci sinif şagirdləri arasında tarix fənni üzrə breyn-rinq yarışı

       Məktəb-liseydə 7-ci sinif şagirdləri arasında tarix fənni üzrə breyn-rinq yarışı təşkil olunub. Yarış tarix müəllimləri Kəmalə Bayramova və Çinarə Xalıqovanın təşkilatçılığı ilə, coğrafiya müəllimi Zöhrab Ağayevin dəstəyi ilə keçirilib. Yarışın əsas məqsədi şagirdlərin tarixə marağını artırmaq, onların biliklərini praktiki şəkildə nümayiş etdirmək və komanda ilə işləmə bacarıqlarını inkişaf etdirmək olub. Şagirdlər müxtəlif dövrləri və tarixi hadisələri əhatə edən suallar əsasında yarışaraq biliklərini sınayıblar. Sonda qalib komanda müəyyən edilib və bütün iştirakçılara təşəkkürnamələr təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi