Skaud hərəkatı çərçivəsində açıq hava dərsi keçirilib

6B sinfində Coğrafiya fənni üzrə Skaud hərəkatı çərçivəsində açıq hava dərsi keçirilib. Müəllim Zöhrab Ağayevin rəhbərliyi ilə təşkil olunan dərs zamanı şagirdlər məktəbin həyətyanı sahəsində ekoloji fəaliyyət həyata keçiriblər. Onlar ərazini təmizləyib, qurumuş ağac budaqlarını toplayaraq ətraf mühitin qorunmasına töhfə veriblər. Skaud hərəkatı çərçivəsində təşkil olunan bu dərs şagirdlərdə həm məsuliyyət hissinin, həm də praktiki coğrafi biliklərin formalaşmasına şərait yaradıb.