Narkomaniyanın fəsadları və erkən nikahın mənfi təsirləri

        Məktəb-liseydə 9-11-ci sinif şagirdləri ilə narkomaniyanın fəsadları və erkən nikahın mənfi təsirləri barədə maarifləndirici söhbət aparılıb. Tədbirdə yerli polis əməkdaşları və məktəbin psixoloqları iştirak edərək şagirdlərə hüquqi və psixoloji baxımdan ətraflı məlumat veriblər. Polis nümayəndələri narkotik vasitələrin qanunsuz dövriyyəsinin hüquqi nəticələri və bu bəlanın cəmiyyətə vurduğu zərər barədə danışıb, konkret faktlar və real hadisələr əsasında şagirdlərin diqqətini cəlb ediblər. Məktəbin psixoloqları isə erkən nikahın gənclərin psixoloji və sosial inkişafına mənfi təsirindən bəhs ediblər. Tədbirin məqsədi şagirdlərdə düzgün həyat tərzi formalaşdırmaq, onları təhlükələrdən uzaq tutmaq və gələcəkdə sağlam cəmiyyətin fəal üzvü kimi yetişmələrinə töhfə vermək olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi