Bayraq Muzeyinə ekskursiya

    Mayın 1-də məktəb-liseyin 7A və 5E sinif şagirdləri Bayraq Muzeyinə ekskursiya ediblər. Ekskursiyanın məqsədi şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması və Azərbaycanın tarixindəki bayraqlar haqqında biliklərin artırılması olub. Muzeydə şagirdlərə rəhbərlik edən bələdçi Azərbaycan dövlət atributları, müxtəlif dövrlərdə istifadə olunmuş bayraqlar, o cümlədən Səfəvilər dövrünə aid bayraq haqqında ətraflı məlumat verib. Ekskursiya şagirdlər üçün həm maarifləndirici, həm də maraqlı keçib. Sonda şagirdlər muzey ekspozisiyası ilə yaxından tanış olub, xatirə şəkilləri çəkdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi