“Riyaziyyatın Sehirli Dünyası” adlı maraqlı tədbir təşkil olunub

Məktəb-liseydə 7-ci sinif şagirdlərin iştirakı ilə “Riyaziyyatın Sehirli Dünyası” adlı maraqlı tədbir təşkil olunub. Uşaqlar riyaziyyata aid mahnılar oxuyub, məntiqi məsələləri həll edib, bilik və bacarıqlarını nümayiş etdiriblər. Ardınca “Rəqəmlərin əhəmiyyəti” mövzusunda səhnəcik təqdim olunub, rəqəmlərin önəmi maraqlı tərzdə çatdırılıb. Tədbirin ən yaddaqalan anında uşaqlar müəllimlərinə sürpriz edərək müəllim mahnısı oxuyub, tədbirə şənlik qatıb. Səmimi və coşqulu anlar yaşanıb. Sonda münsiflər heyəti qalib komandani seçib, iştirakçıları təltif edib. Tədbirin təşkilatçısı Xəyalə Novruzova bütün iştirakçılara təşəkkür edib, belə tədbirlərin uşaqlarda riyaziyyata marağı artırdığını bildirib.