Ulduzlarla Macəra

       25 aprel 2025-ci il tarixində 5C sinfi ilə keçirilən “Ulduzlarla Macəra” adlı tədbir yadda qalan və maraqlı anlarla müşayiət olunub. Tədbirin təşəbbüskarı sinif rəhbəri Ülviyyə Eyvazova olub. Tədbir böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr edilib. Şagirdlər tədbir zamanı həm kosmos haqqında maraqlı və faydalı məlumatlar əldə ediblər, həm də Bəxtiyar Vahabzadənin “Axı dünya fırlanır” şeiri ilə kainat arasında yaradılan əlaqə vasitəsilə ədəbiyyat və elmin sintezini yaşayıblar. Kosmonavt obrazlarının təqdim olunması tədbirə xüsusi rəng qatıb və uşaqlarda elmə, xüsusilə də astronomiyaya olan marağı artırıb. Günəş və planetlər səhnəsi, eləcə də təqdim olunan faktlar şagirdlərin qalaktika və kainat haqqında düşüncələrini formalaşdırmağa kömək edib. Tədbir həm yaradıcı, həm də maarifləndirici xarakter daşıyaraq şagirdlərin dünyagörüşünün genişlənməsində mühüm rol oynayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi