9-cu sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib

       Məktəb-liseydə 9-cu sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib. Görüş zamanı şagirdlərin buraxılış imtahanlarına hazırlıq vəziyyəti, dərsə davamiyyəti və təhsil göstəriciləri ətraflı müzakirə olunub. Valideynlərə övladlarının dərsə davamiyyəti barədə məlumat verilib, bu sahədə mövcud vəziyyət təhlil edilib. Eyni zamanda, ixtisas seçimi ilə bağlı məsələlərə toxunulub, valideynlərlə fikir mübadiləsi aparılıb. Məktəb rəhbərliyi və müəllim heyəti valideynləri maraqlandıran sualları cavablandırıb, gələcək planlar barədə məlumatlandırıb. Görüş qarşılıqlı anlayış və əməkdaşlıq şəraitində keçib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi