Maarifləndirici və yaradıcı dərs təşkil edilib

      Məktəbimizin 5D sinfində riyaziyyat fənni üzrə maarifləndirici və yaradıcı dərs təşkil edilib. Dərs Xəyalə Novruzovanın rəhbərliyi ilə keçirilib və şagirdlər tərəfindən böyük maraqla qarşılanıb. Dərsdə riyaziyyatın yaranma tarixi və inkişaf mərhələləri əyani şəkildə təqdim olunub. Şagirdlər öyrəniblər ki, riyaziyyat ilk dəfə qədim Misir və Babilistanda yaranıb, ilk riyaziyyat nəzəriyyəçisi kimi isə qədim yunan alimi Fales tanınıb. Maraqlı tapşırıqlardan biri 1-dən 9-a qədər olan ədədlərdən yalnız bir dəfə istifadə etməklə 100 ədədini əldə etməyə çalışmaq olub. Bu tapşırıq şagirdlərin məntiqi təfəkkürünü və yaradıcı yanaşmalarını inkişaf etdirməyə xidmət edib. Sərgi çərçivəsində həndəsi fiqurların əyani təqdimatı da keçirilib. Müstəvi və fəza fiqurları stend və modellər vasitəsilə nümayiş etdirilib. Şagirdlər kvadrat, düzbucaqlı, üçbucaq kimi müstəvi fiqurlar ilə silindr, konus, kürə kimi fəza fiqurları arasındakı fərqləri aydın şəkildə müşahidə ediblər. Sərgi şagirdlərin riyaziyyata olan marağını artırıb və onların fənnə olan baxışlarında müsbət dəyişikliklər yaradıb. Belə tədbirlər şagirdlərin dərsdənkənar biliklərini artırmaqla yanaşı, onların fənnə qarşı pozitiv münasibət formalaşdırmasına da töhfə verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi