Kosmosa səyahət mövzusunda maarifləndirici dərs keçirilib

Məktəb-liseyin 7-9-cu sinif şagirdləri üçün “Kosmosa səyahət” mövzusunda maarifləndirici dərs keçirilib. Fizika müəllimləri Gülər İsmayılova və Ülviyyə Eyvazovanın təşkilatçılığı ilə baş tutan dərsdə şagirdlərə kosmos, ulduzlar, planetlər və müasir kosmik texnologiyalar haqqında ətraflı məlumat verilib. Dərs zamanı şagirdlər tərəfindən maraqlı təqdimatlar təqdim olunub, karton kağızlardan kosmosa aid hazırlanmış fiqurlar sərgilənib. Tədbirin ən yadda qalan məqamlarından biri isə şagirdlərdən birinin kosmonavt geyimində səhnəyə çıxışı və mövzu ilə bağlı təqdimat etməsi olub. Şagirdlərin fəallığı və yaradıcı yanaşması dərsin daha maraqlı və yaddaqalan keçməsinə səbəb olub.