II yarımili üzrə Böyük Summativ Qiymətləndirmələrin təşkili

Cari tədris ilinin II yarımili üzrə Böyük Summativ Qiymətləndirmələrin (BSQ) təşkili ilə bağlı məktəbdə görüş keçirilib. Müzakirədə fənn müəllimləri, məktəb rəhbərliyi iştirak edib. Görüş zamanı qiymətləndirmə meyarları, testlərin tərtibi, vəzifə bölgüsü və şagirdlərin biliyinin obyektiv şəkildə qiymətləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda Microsoft Teams platformasında BSQ-lərin təşkili imkanları və texniki təşkilati məsələlər də nəzərdən keçirilib. Müzakirənin sonunda qiymətləndirmələrin vahid yanaşma ilə və effektiv şəkildə həyata keçirilməsi məqsədilə bir sıra razılaşmalar əldə olunub.