Maraqlı intellektual yarış təşkil olunub

       Məktəb-liseydə 8-ci sinif şagirdləri arasında müəllimlərin hazırladığı suallar əsasında breyn rinq formatında maraqlı intellektual yarış təşkil olunub. Yarışın əsas məqsədi şagirdlərin fənn biliklərini möhkəmləndirmək, məntiqi və analitik düşünmə bacarıqlarını inkişaf etdirmək, eyni zamanda komanda ilə işləmə vərdişlərini gücləndirmək olub. Yarışmada siniflər bir-birinə qarşı bilik mübarizəsinə çıxaraq, müxtəlif fənlər üzrə müəllimlər tərəfindən hazırlanmış suallara cavab veriblər. Gərgin və rəqabətli şəraitdə keçən yarışma iştirakçılarda yüksək motivasiya yaradıb, bilik və bacarıqlarını nümayiş etdirmək imkanı verib. Sonda ən çox düzgün cavab toplayan komanda qalib elan olunub və diplomla təltif edilib. Digər iştirakçı komandalar isə fəallıqlarına görə təşəkkürnamələrlə mükafatlandırılıb. Tədbir məktəbin müəllim və şagird heyəti tərəfindən maraqla qarşılanıb və növbəti belə yarışmalar üçün də zəmin yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi