Elm dünyasında ikili güc - Riyaziyyat və Fizika

       Ülviyyə Eyvazovanın rəhbərliyi ilə “Elm dünyasında ikili güc” mövzusunda maraqlı və maarifləndirici təqdimat günü keçirilib. Tədbirin əsas mövzusu riyaziyyat və fizikanın elm dünyasındakı ayrılmaz əlaqəsi olub. Bildirilib ki, riyaziyyat bəzən nəzəri bir sahə kimi görünsə də, fizika bu nəzəriyyələri həyata tətbiq edən sahə kimi çıxış edir. Təqdimatda bu iki sahənin alimlərinin elmin inkişafında oynadığı mühüm roldan, onların bir çox mühüm kəşflərə imza atmasından bəhs olunub. Eyni zamanda, riyaziyyat və fizika alimlərinin oxşar və fərqli xüsusiyyətləri, onların birgə fəaliyyətinin əhəmiyyəti müzakirə edilib. Tədbir 7A və 7B sinif şagirdlərinin fəal iştirakı ilə həyata keçirilib. Şagirdlər mövzuya dair maraqlı fikirlər səsləndirib, təqdimatlarla çıxış ediblər və elmi müzakirələrə qatılıblar. Bu cür tədbirlər şagirdlərdə elmi marağın artırılmasına və fundamental elmlərin həyatdakı əhəmiyyətinin daha dərindən qavranılmasına mühüm töhfə verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi