1Ə sinfi IV Uşaq Kitab Festivalında

      Məktəb-liseyin 1Ə sinfi IV Uşaq Kitab Festivalında iştirak edərək maraqlı və maarifləndirici bir gün yaşayıb. Gəzintinin əsas məqsədi şagirdlərin dünyagörüşünü genişləndirmək, onları müxtəlif kitablar və yazıçılarla tanış etmək, həmçinin topladıqları pulu özləri üçün dəyərli və faydalı olan kitablara xərcləmək vərdişini formalaşdırmaq olub. Festival müddətində uşaqlar həm əylənib, həm də öyrənərək kitabların sehrli dünyasına səyahət ediblər. Bu cür tədbirlər şagirdlərin oxuya marağını artırmaqla yanaşı, onların müstəqil seçim etmə və dəyərli alış-veriş vərdişlərini inkişaf etdirməsinə dəstək olur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi