Yaradıcı və öyrədici dərs təşkil olunub

Məktəb-liseyin 0Ç məktəbəhazırlıq sinfində müəllim Gülnarə Nəcəfovanın rəhbərliyi ilə yaradıcı və öyrədici bir dərs təşkil olunub. Dərsin mövzusuna uyğun olaraq, uşaqlar üçün xüsusi olaraq həkim papaqları hazırlanıb və onlar həkim obrazlarını canlandırıblar. Balacalar həm paltarı, həm də davranışları ilə həkimlərin gündəlik işini nümayiş etdirib, bu peşənin mahiyyəti barədə praktiki məlumatlar əldə ediblər. Bu fəaliyyət uşaqlarda həm rol oynama bacarığını inkişaf etdirib, həm də sağlamlıq mövzusunda ilkin biliklərin formalaşmasına şərait yaradıb. Dərsin məqsədi şagirdlərdə peşələrə maraq yaratmaq, yaradıcılığı və sosial bacarıqları inkişaf etdirmək olub.