Kosmosa səyahət mövzusunda maarifləndirici və əyləncəli tədbir təşkil edilib

Məktəb-liseyin 0C məktəbəhazırlıq sinfində uşaqlar üçün “Kosmosa səyahət” mövzusunda maarifləndirici və əyləncəli tədbir təşkil edilib. Tədbirin məqsədi məktəbəhazırlıq qrupunun şagirdlərini kosmos, planetlər və tanınmış kosmonavtlar haqqında ilkin biliklərlə tanış etmək olub. Tədbir zamanı uşaqlara Günəş sistemi, planetlərin xüsusiyyətləri, eləcə də ilk dəfə kosmosa səyahət edən Yuri Qaqarin haqqında maraqlı məlumatlar verilib. Yuri Qaqarin obrazında çıxış edən personaj uşaqların böyük marağına səbəb olub və tədbirə xüsusi rəng qatıb. Tədbirin ən yaddaqalan hissələrindən biri isə uşaqların şəkillərinin kosmonavt forması ilə hazırlanması olub. Bu yaradıcı yanaşma uşaqlarda həm təəccüb, həm də sevinc yaradıb. Belə tədbirlər məktəbəhazırlıq yaşında olan uşaqlarda elmə marağın formalaşmasına və təxəyyül dünyalarının genişlənməsinə kömək edir.