Ekskursiyalardan sonrakı debatlar mövzusunda maraqlı bir dərs keçirilib

Məktəb-liseyin 1D sinfində müəllim Güllü Şirinovanın təşkilatçılığı ilə “Ekskursiyalardan sonrakı debatlar” mövzusunda maraqlı bir dərs keçirilib. Debatın mövzusu şagirdlərin yaxın günlərdə etdikləri zoo park ekskursiyasına həsr olunub. Debat zamanı şagirdlər zoo parkda gördükləri heyvanlar, onların yaşayış şəraiti və ətraf mühitlə bağlı müşahidələrini bölüşüblər. Onlar heyvanların qorunması, təbiətə qayğı və insan məsuliyyəti kimi mövzular ətrafında fikir mübadiləsi aparıblar. Tədbirin əsas məqsədi şagirdlərdə müşahidəçilik, tənqidi düşüncə və öz fikrini əsaslandırmaq bacarığını inkişaf etdirmək olub. Eyni zamanda şagirdlər öz fikirlərini sərbəst və inamla ifadə etmək imkanı əldə ediblər. Müəllim Güllü Şirinovanın rəhbərliyi ilə keçirilən bu təşəbbüs şagirdlərin tədris prosesinə marağını artırmaqla yanaşı, onların ictimai nitq bacarıqlarının formalaşmasına da töhfə verib.