Yol hərəkəti qaydaları mövzusunda maarifləndirici tədbir keçirilib

Məktəb-liseyin 0A məktəbəhazırlıq sinfində “Yol hərəkəti qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi uşaqlara yol hərəkəti qaydaları haqqında ilkin biliklər vermək, onların təhlükəsiz davranış vərdişlərini formalaşdırmaq olub. Tədbir sinfin müəllimi Aygül İbrahimovanın rəhbərliyi ilə təşkil edilib. Balacalar tədbir zamanı yol nişanları, piyada keçidləri, işıqforun rəngləri və təhlükəsizlik qaydaları ilə tanış olublar. Həmçinin uşaqların marağına səbəb olan mahnılar, şeirlər və səhnəciklərlə mövzu daha da əyləncəli şəkildə izah edilib. Belə tədbirlər uşaqlarda kiçik yaşlardan etibarən yol hərəkəti mədəniyyətinin formalaşmasına xidmət edir.