Uşaqlar və onların hüquqları mövzusunda təqdimat müsabiqəsi keçirilib

      Məktəb-liseydə 3-cü sinif şagirdləri arasında “Uşaqlar və onların hüquqları” mövzusunda təqdimat müsabiqəsi keçirilib. Müsabiqənin əsas məqsədi şagirdlərə uşaq hüquqları haqqında bilik vermək, onların təqdimat bacarıqlarını inkişaf etdirmək və öz fikirlərini sərbəst şəkildə ifadə etmələrinə şərait yaratmaq olub. Tədbir zamanı şagirdlər fərdi və qrup halında hazırladıqları təqdimatlarla çıxış ediblər. Onlar uşaq hüquqları, təhsil alma, sağlam yaşamaq, müdafiə olunmaq və azad fikirlərini ifadə etmək kimi mövzulara toxunublar. Təqdimatlarda maraqlı vizual materiallardan və yaradıcı yanaşmalardan istifadə olunub. Müsabiqənin sonunda münsiflər heyəti tərəfindən təqdimatların məzmunu, təqdimat üsulu və kreativ yanaşmalar qiymətləndirilib, fərqlənən şagirdlər diplom və hədiyyələrlə təltif olunublar. Belə tədbirlər şagirdlərin hüquqi maariflənməsinə və ictimai fəallığının artırılmasına mühüm töhfə verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi