Breyn rinq intellektual yarışı təşkil olunub

       Məktəb-liseydə 4-cü siniflər arasında şagirdlərin məntiqi təfəkkürünü və biliklərini sınamaq məqsədilə “Breyn rinq” intellektual yarışı təşkil olunub. Yarışda hər biri 5 nəfərdən ibarət olmaqla ümumilikdə 7 komanda iştirak edib. Gərgin və maraqlı sual-cavab mübarizəsindən sonra 4C sinfinin komandası yarışın qalibi olub. Şagirdlər müxtəlif fənlər üzrə verilən suallara çevik və dəqiq cavabları ilə seçilərək bilik və komanda ruhunu uğurla nümayiş etdiriblər. Yarışın məqsədi şagirdlər arasında sağlam rəqabət yaratmaq, onların dünya görüşünü və analitik düşünmə bacarıqlarını inkişaf etdirmək olub. Tədbir sonda qalib komandanın təltif olunması və xatirə şəkilləri ilə yekunlaşıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi