Bullinq davranışının təsirləri və müəllim-şagird münasibətləri

Məktəb-liseyin psixoloqları Nuranə Səmədova və Leyla Məsimlinin təşkilatçılığı ilə 7-ci sinif şagirdləri ilə “Bullinq davranışının təsirləri və müəllim-şagird münasibətləri” mövzusunda maarifləndirici profilaktik tədbir keçirilib. Tədbirin məqsədi şagirdlərə bullinq anlayışını izah etmək, onun növləri və şagirdlərin psixoloji durumuna, davranışlarına olan təsirləri barədə məlumat vermək olub. Psixoloqlar tərəfindən bullinqin həm fiziki, həm psixoloji, həm də kiber formaları haqqında ətraflı məlumat təqdim edilib. Söhbət zamanı müəllim və şagird arasında düzgün münasibətlərin formalaşdırılmasının vacibliyi vurğulanıb, qarşılıqlı anlayış və empatiyanın önəmi qeyd olunub. Tədbirin sonunda şagirdlərə bullinq və müəllim-şagird münasibətlərini əks etdirən rollu oyun formasında səhnəcik nümayiş etdirilib. Səhnəcik vasitəsilə mövzu daha da aydın şəkildə izah edilib və şagirdlər interaktiv şəkildə müzakirələrə cəlb olunublar. Bu cür tədbirlər şagirdlərin sosial bacarıqlarını inkişaf etdirmək və sağlam məktəb mühitinin formalaşmasına dəstək olmaq baxımından xüsusi əhəmiyyət daşıyır.