Direktoryanı şura iclası keçirilib

7 aprel 2025-ci il tarixində məktəbdə direktoryanı şura iclası keçirilib. İclasın gündəliyində bir sıra aktual məsələlər – şagirdlərin dərsə davamiyyəti, məktəbli geyiminə riayət, dərsdinləmələrin təşkili və təmayül siniflərdə təmayül fənlər üzrə monitorinqlərin təşkili və keçirilməsi müzakirə olunub. İclas zamanı müəllimlərin tədris və təlim-tərbiyə sahəsindəki gündəlik fəaliyyətləri təhlil edilib, pedaqoji istiqamətin düzgün verilməsi baxımından dərsdinləmələrə xüsusi önəm verilməsi tapşırılıb. Həmçinin məktəbdə növbətçiliyin təşkili ilə bağlı məsul şəxslərə konkret tapşırıqlar verilib. Jurnalların düzgün və təlimata uyğun şəkildə aparılmasının vacibliyi bir daha vurğulanıb.