Aprel döyüşlərinin 9-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

2025-ci il aprelin 4-də YAP Qaradağ rayon təşkilatı və 166 nömrəli məktəb-liseyin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 9-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ RİH-in şöbə müdiri Munis Bayramov, polkovnik Şair Ramaldanov, şəhid ailələri, qazilər, məktəb kollektivi və valideynlər iştirak ediblər. Əvvəlcə Qarabağ müharibəsi şəhidi Faiq Rəfiyevin abidəsi ziyarət olunub, ardınca tədbir məktəbin akt zalında davam etdirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib. Məktəbin direktoru Zeynəb Vəliyeva döyüşlərin əhəmiyyətindən danışıb. Çıxış edən natiqlər Aprel döyüşlərinin hərbi-siyasi əhəmiyyətini, Azərbaycan ordusunun qəhrəmanlığını və qələbəyə gedən yolun başlanğıcı olduğunu vurğulayıblar. Polkovnik-leytenant Afəddin Ağayev və məzun Elmir Abbasov şəxsi döyüş xatirələrini bölüşüblər. Tədbir videoçarxın nümayişi və xatirə fotosu ilə yekunlaşıb.