3-cü siniflər arasında monitorinq imtahanı təşkil olunub

2025-ci il aprelin 4-də məktəb-liseyin 3-cü sinifləri arasında Azərbaycan dili və riyaziyyat fənləri üzrə monitorinq imtahanı təşkil olunub. Qiymətləndirmə Microsoft Teams platforması üzərindən onlayn formatda aparılıb. Monitorinqin məqsədi şagirdlərin mövcud bilik və bacarıqlarının yoxlanılması, həmçinin tədris prosesində əldə olunan nəticələrin təhlil edilməsidir.