Maraqlı və interaktiv bir dərs keçirilib

      Məktəbəhazırlıq sinfində “Həkim” peşəsi və onun əhəmiyyəti barədə maraqlı və interaktiv bir dərs keçirilib. Müəllim Arifə Vəliyeva şagirdlərə həkimlərin cəmiyyət üçün vacibliyini izah edib, onların əsas vəzifələri, xəstə insanlara necə kömək etdikləri və sağlamlığımızın qorunmasında nə qədər mühüm rol oynadıqları barədə məlumat verib. Dərs daha maraqlı və əyani olması üçün şagirdlər arasında kiçik bir rollu oyun təşkil olunub. Şagirdlər həkim, tibb bacısı və xəstə rollarını canlandıraraq, sadə “müayinə” və “müalicə” proseslərini nümayiş etdiriblər. Onlar stetoskop, termometr və sarğı ləvazimatlarının istifadəsini təqlid edərək həkimlərin gündəlik işinə daha yaxından bələd olublar. Bu interaktiv yanaşma şagirdlərin dərsə marağını artırıb və onlarda həkim peşəsinə sevgi və hörmət hissi yaradıb. Məqsəd uşaqlara erkən yaşlardan sağlamlıq anlayışını aşılamaq və onların gələcəkdə bu sahəyə maraq göstərməsinə stimul vermək olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi