Novruz bayramı münasibətilə tədbir keçirilib

Novruz bayramı münasibətilə məktəb-liseydə keçirilən tədbir şagirdlər, müəllimlər və valideynlərin iştirakı ilə böyük coşqu ilə qeyd edilib. Tədbirdə bayramın əsas ənənələri – səməni, kosa və keçəlin çıxışı, xalq oyunları, milli rəqslər və musiqilər nümayiş olunub. Daha sonra tədbir Qaradağ rayonunun Heydər Əliyev parkında davam etdirilib. Açıq havada təşkil olunan bayram şənliyində iştirakçılar Novruzun rəmzi olan tonqal ətrafında toplaşıb, müxtəlif yarışlar və əyləncəli proqramlarla bayramı qeyd ediblər. Şagirdlərin ifasında təqdim olunan səhnəciklər və milli geyimlərdə olan iştirakçılar tədbirə xüsusi rəng qatıb. Bu cür tədbirlər şagirdlərə milli adət-ənənələrimizi aşılamaqla yanaşı, onlarda birlik və vətənpərvərlik ruhunu da gücləndirir.