Güzgülər mövzusunda açıq dərs keçirilib

Məktəb-liseydə 9G sinfində fizika fənnindən “Güzgülər” mövzusunda açıq dərs keçirilib. Dərs fizika müəllimi Gülər İsmayılovanın rəhbərliyi ilə təşkil olunub. Dərs zamanı şagirdlər güzgülərin fiziki xüsusiyyətləri ilə yanaşı, onlarla bağlı maraqlı miflər, tarixi faktlar və tətbiq sahələri haqqında təqdimatlar ediblər. Müxtəlif eksperimentlər və vizual materiallarla zənginləşdirilmiş dərs şagirdlərin marağına səbəb olub. Belə dərslər şagirdlərin tədqiqat aparmaq bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların öyrəndiklərini yaradıcı şəkildə təqdim etməsinə də şərait yaradır.