Yel çərşənbəsi münasibətilə məktəb-liseyin ibtidai siniflərində bayram şənliyi keçirilib

Novruzun sevilən çərşənbələrindən biri olan Yel çərşənbəsi münasibətilə məktəb-liseyin ibtidai siniflərində bayram şənliyi keçirilib. Tədbirdə şagirdlər Novruzun qədim adət-ənənələrini canlandırıb, maraqlı səhnəciklər təqdim ediblər. Şənlikdə uşaqlar yumurta döyüşdürərək ən möhkəm boyanmış yumurtanı seçməyə çalışıblar. Şagirdlər şeirlər söyləyib, mahnılar ifa edib, baharın gəlişini rəqslərlə qeyd ediblər. Bayram tədbiri şagirdlərə əsl Novruz sevinci yaşadıb, onlara milli dəyərlərimizi daha yaxından tanımaq imkanı verib.