Şagirdlərin mükafatlandırılması baş tutub

        Məktəb-liseydə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə keçirilən idman tədbirləri çərçivəsində fəal iştirak edən şagirdlərin mükafatlandırılması təşkil edilib. Mərasimdə idman yarışlarında və səhər gimnastikasında fərqlənən şagirdlərə diplomlar və hədiyyələr təqdim olunub. Tədbirdə çıxış edən müəllimlər idmanın sağlam həyat tərzində və şagirdlərin fiziki inkişafında oynadığı vacib roldan bəhs ediblər. Bu cür tədbirlər məktəbdə idmana marağı artırmaqla yanaşı, şagirdlərin fiziki fəallığını və motivasiyasını yüksəltmək baxımından mühüm əhəmiyyət daşıyır. Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün iştirakçılara uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi