Basketbol yarışı təşkil olunub

      5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə məktəb-liseyimizdə şagirdlərin idmana marağını artırmaq və sağlam həyat tərzini təşviq etmək məqsədilə basketbol yarışı təşkil olunub. Turnirdə müxtəlif siniflərdən olan şagirdlər iştirak edərək komandalar şəklində mübarizə aparıblar. Gərgin və maraqlı keçən yarışda oyunçular öz bacarıqlarını nümayiş etdirib, dəqiq ötürmələri, sürətli hücumları və sərrast atışları ilə diqqət çəkiblər. Gözəl komanda oyunu və əzmkarlıq nümayiş etdirən iştirakçılar arasında güclü rəqabət yaşanıb. Yarışın sonunda qalib komanda müəyyənləşdirilib və məktəb rəhbərliyi tərəfindən diplom və mükafatlarla təltif olunub. Bu cür idman tədbirləri şagirdlərin fiziki inkişafına müsbət təsir göstərir və məktəb-liseyimizdə idmanın daha da populyarlaşmasına xidmət edir. Basketbol – sürət, çeviklik və komanda ruhunun vəhdətidir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi