“Şən Startlar” yarışı təşkil olunub

         5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə məktəb-liseyimizdə şagirdlərin fiziki aktivliyini artırmaq və sağlam həyat tərzini təşviq etmək məqsədilə “Şən Startlar” yarışı təşkil olunub. Tədbir çərçivəsində şagirdlər müxtəlif idman yarışlarında iştirak edərək çeviklik, sürət və komanda işini nümayiş etdiriblər. Maraqlı və rəngarəng estafet oyunları şagirdlər arasında dostluq və rəqabət ruhunu daha da gücləndirib. Yarışın sonunda qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb. Tədbir məktəb kollektivinin böyük marağına səbəb olub və şagirdlərə unudulmaz anlar yaşadıb. İdman sağlam gələcəyin açarıdır! Bu cür tədbirlər məktəb-liseyimizdə şagirdlərin fiziki inkişafına və idmana marağının artırılmasına xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi