Atletika üzrə Qaradağ rayon turniri

Məktəb-liseyin şagirdləri Qaradağ rayon atletika turnirində I yer tutublar. 166 nömrəli məktəb-liseyin şagirdləri Qaradağ Rayon Gənclər və İdman Sektoru tərəfindən təşkil olunan atletika üzrə Qaradağ rayon turnirində uğur qazanaraq I yerin sahibi olublar. Şagirdlər yarış boyunca yüksək fiziki hazırlıq, sürət və dözümlülük nümayiş etdirərək rəqiblərini geridə qoyublar. Onların bu uğuru idmana olan maraqlarının və əzmkarlıqlarının bariz nümunəsidir. Qalib şagirdlərimizi təbrik edir, onlara gələcək yarışlarda da böyük nailiyyətlər arzulayırıq!