“İmtahan həyəcanının aradan qaldırılması” mövzusunda seminar keçirilib

       XI sinif şagirdləri üçün “İmtahan həyəcanının aradan qaldırılması” mövzusunda seminar keçirilib. Məktəb-liseyin psixoloqları Nuranə Səmədova və Leyla Məsimli, eləcə də “Məktəblinin dostu” layihəsinin psixoloqu Leyla Məmmədovanın birgə əməkdaşlığı ilə XI sinif şagirdləri üçün “İmtahan həyəcanının aradan qaldırılması” mövzusunda seminar təşkil olunub. Görüş zamanı psixoloqlar imtahan stressinin idarə olunmasına dair effektiv texnikalar haqqında məlumat veriblər. Şagirdlərə neqativ düşüncələrin pozitiv istiqamətə yönəldilməsi, psixoloji hazırlığın önəmi və imtahan zamanı emosional tarazlığın qorunması ilə bağlı tövsiyələr təqdim edilib. Seminar interaktiv müzakirə və praktiki tapşırıqlarla davam edib, şagirdlərə faydalı məsləhətlər verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi