Şahmat və dama yarışları keçirilib

        5 mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu gün ölkədə sağlam həyat tərzinin təbliği, idmanın inkişafı və idmançılara dəstəyin artırılması məqsədilə müxtəlif tədbirlər təşkil edilir. Bu münasibətlə məktəb-liseydə də “İdman həftəsi” çərçivəsində müxtəlif yaş qrupları arasında şahmat və dama yarışları keçirilib. Yarışlarda şagirdlər intellektual bacarıqlarını nümayiş etdirərək, maraqlı və rəqabətli oyunlar sərgiləyiblər. Günün sonunda qaliblər mükafatlandırılıb. Bu kimi tədbirlər məktəblilərin idmana marağını artırmaqla yanaşı, onların strateji düşünmə qabiliyyətini də inkişaf etdirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi