Beynəlxalq Mülki Müdafiə Günü çərçivəsində keçirilən təxliyyə planı uğurla icra edilib

1 Mart – Beynəlxalq Mülki Müdafiə Günü çərçivəsində məktəb-liseydə təxliyyə planı uğurla icra edilib. Tədbirin məqsədi fövqəladə hallarda şagirdlərin və müəllimlərin təhlükəsiz və sürətli təxliyyəsini təmin etmək, onların bu sahədə hazırlıq səviyyəsini artırmaq olub. Məşq zamanı təyin olunmuş marşrut üzrə şagirdlər və müəllimlər nizamlı şəkildə məktəb binasını tərk edərək təxliyyə nöqtəsinə toplaşıblar. Təxliyyə prosesi nəzarətçilər tərəfindən izlənilib və qaydalara uyğun şəkildə icra olunub.
Tədbirin sonunda iştirakçılara təhlükəsiz davranış qaydaları və fövqəladə hallar zamanı görüləcək əsas tədbirlər barədə qısa məlumat verilib. Təxliyyə məşqi mülki müdafiə hazırlığının vacib elementi kimi qiymətləndirilib.