Beynəlxalq Mülki Müdafiə Günü münasibətilə xüsusi dərs təşkil edilib

1 Mart – Beynəlxalq Mülki Müdafiə Günü münasibətilə məktəb-liseydə hərbi rəhbər Afəddin Ağayevin keçirdiyi xüsusi dərs təşkil edilib. Mülki müdafiəyə həsr olunmuş dərsdə şagirdlərə fövqəladə hallarda təhlükəsiz davranış qaydaları, ilkin tibbi yardımın əsas prinsipləri və fərdi qoruyucu vasitələrdən istifadə haqqında məlumat verilib. Dərs zamanı təbii fəlakətlər, yanğınlar və texnogen qəzalar zamanı görüləcək tədbirlər izah olunub. Həmçinin, şagirdlər mülki müdafiənin əhəmiyyəti, təxliyə planları və fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə maarifləndirilib. Tədris prosesinin daha anlaşılan və praktik olması üçün real vəziyyətlərə uyğun nümunələr göstərilib, sual-cavab sessiyası təşkil edilib. Sonda Afəddin Ağayev mülki müdafiə biliklərinin hər kəs üçün vacib olduğunu və bu biliklərin həyati təhlükələr zamanı mühüm rol oynadığını vurğulayıb.